...

Barmek Azerbaycan Bayva-Enerji-nin enerjipaylayıcı şəbəkələri üzərində operatorluğun alınmasında maraqlı deyil

Energetika Materials 25 Noyabr 2005 18:41 (UTC +04:00)

Barmek Azerbaycan (Bakı və Sumqayıt şəhərlərinin enerjipaylayıcı şəbəkəsinin operatoru) Bayva-Enerji-nin hazırda idarə etdiyi Əli Bayramlı və Gəncə enerjipaylayıcı şəbəkələri üzərində operatorluğun alınmasında maraqlı deyil. Bu barədə Trend ə Barmek Azerbaycan şirkətinin prezidenti Hüseyn Arabul bildirib.

Noyabrda Bayva-Enerji 46 rayonu əhatə edən Əli Bayramlı və Gəncə enerjipaylayıcı şəbəkələrinin idarə edilməsinə dair ölkə hökuməti ilə imzalanmış müqavilənin ləğv edilməsi barədə AR Nazirlər Kabinetinə rəsmi müraciət ünvanlayıb.

H. Arabulun sözlərinə görə, ölkədəki bütün enerji şəbəkələrinin bir şirkət tərəfindən idarə edilməsi inhisara gətirib çıxarar. "Rəqabətin yaradılması və göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi üçün iki müxtəlif şirkət lazımdır" -deyə o qeyd edib.

H.Arabul deyib ki, Barmek Azerbaycan şirkətinin daha geniş planları vardır. "Biz Barmek Azerbaycan kimi təmsil olunmaqla Türkiyədə enerjipaylayıcı şəbəkələrinin özəlləşdirilməsi üçün keçirilən tenderlərdə iştirak etmək niyyətindəyik" -deyə şirkətin prezidenti fikrini bitirib.

Xəbər lenti

Xəbər lenti