...

Shirvanoil əməliyyat şirkəti "Kürovdağ"ında 30 yeni quyu qazmaq niyyətindədir

Energetika Materials 26 Noyabr 2005 13:02 (UTC +04:00)

Shirvanoil Operating Company 2006-cı ildə Azərbaycanın quru "Kürovdağ" yatağında reabilitasiya, kəşfiyyat və işlənmə üzrə müqavilə çərçivəsində 35 istismar quyusunu qazmaq niyyətindədir. Bu barədə Trend ə ARDNŞ-dən məlumat v erilib. Hazırda qazma üzrə podratçının müəyyən edilməsi üçün tender elan edilib.

Azərbaycanın Dövlət Neft Şirkəti və Britaniyanın Caspian Energy Group şirkəti 2006-cı il yanvarın 1-dən keçmiş Shirvanoil birgə müəssisəsinin bazasında Shirvanoil Operating Company əməliyyat şirkətinin yaratmağı qərara alıblar.

Hazırda avadanlıqların təhvil-təslimi üzrə işlər başa çatdırılır. Bu işlərin başa çatmasından sonra BM-nin əmlakı ƏŞ-nin balansına keçiriləcək.

"Kürovdağ" 1929-cu ildə kəşf olunub və burada işlər 1955-ci ildən aparılmağa başlanılıb. Bu gün bu yataqdan 36 miln tondan artıq neft hasil edilib. Sahədə maksimal neft hasilatı 1966-cı ildə əldə olunub ki, bu zaman yataqdan sutkada 40 min barel neft çıxarılıb. Shirvan Oil BM-nin yaradıldığı vaxtdan neft istehsalı sutkada 4 min barel olub.

Xəbər lenti

Xəbər lenti