...

ARDNŞ ilin sonunadək bəzi yataqlardakı kəşfiyyat quyularında işləri başa çatdıracaq

Energetika Materials 26 Noyabr 2005 14:57 (UTC +04:00)

ARDNŞ ilin sonunadək "Şimali Naftalan" strukturunda 2, "Şurabad" strukturunda 38 saylı yeni kəşfiyyat quyularında aparılan işləri başa çatdıracaq. Bu barədə Trend ə ARDNŞ-də bildirilib. "Bu quyular hələlik gözlənilən nəticələri verməyib.Amma biz burada işləri davam etdirmək niyyətindəyik və ilin sonunda strukturun gələcəkdə işlənib-hazırlanmasına aydınlıq gətiriləcək. 2 saylı quyuda karbohidrogenin həcmi az qiymətləndirlir.Öncə qazma işləri dərin laylarda aparılırdı, amma bu, heç bir nəticə vermədi. Buna görə də hazırda geoloqlar üst laylarda işləyir" -deyə ARDNŞ-də bildirilib.

"Şimal Naftalan"da ilk kəşfiyyat quyuları 1950-ci illərdə həyata keçirilib. Ötən il ARDNŞ burda işləri bərpa edib və adıçəkilən quyuların qazmasına başlayıb. Quyuların layihə dərinliyi 3200 metr təşkil edir. Daha 200 metr qazılması qərara alınıb.

ARDNŞ-də qeyd olunub ki, hazırda geoloqlar "Şurabad"da 38 saylı quyudan alınmış süxurların tərkibini öyrənir və ehtiyatların qiymətləndirməsini aparır. Quyuda qazma işlərini Siyəzən qazma işləri idarəsi həyata keçirir. [QQ] V QNKAR skazali, çto v nastoəhee vremə qeoloqi izuçaöt sostavı porod, poluçennARDNŞ-də hesab olunur ki, bu yataq perspektivlidir. Burada ilk qazılmış quyu sutkada 100 min m3 qaz verib.

Xəbər lenti

Xəbər lenti