...

Mahaçqala terminalı ilə ümumilikdə 3,3 milyon ton neft daşınıb

Energetika Materials 28 Noyabr 2005 16:45 (UTC +04:00)

Xəzər dənizində yerləşən Mahaçqala terminalı 2005-ci ilin yanvar-oktyabr aylarında İran və Rusiya istiqamətində ümui həcmi 388 miln ton neft daşıyıb ki, bu da 2004-cü ilin 10 ayı ərzində olduğundan çoxdur. Bu barədə Trend ə neft daşınmalarının regional bazarından məlumat verilib.

Mahaçqala terminalının layihə gücü ildə 8 miln tondur. Limanın 3 körpüsü su basımı 10 min ton olan tankerləri qəbul edə bilir.

Mənbələr qeyd edirlər ki, oktyabrda İran və Rusiya istiqamətində ümumi həcmi 345 min ton neft daşınıb ki, bu da sentyabr göstəricilərinə bərabərdir. Bu həcmin 25 min tonunu İrana, 320 min tonunu isə Rusiyaya daşınmalar təşkil edir.

2004-cü il ərzində liman vasitəsilə 3,96 miln ton neft daşınıb ki, bu da 2003-cü ildəkindən 850 min ton çoxdur.

Xəbər lenti

Xəbər lenti