...

McDermott Caspian Contractors işçilərin əmək haqlarının artırılması ilə bağlı bir sıra təkliflər irəli sürüb

Energetika Materials 29 Noyabr 2005 12:17 (UTC +04:00)

Azərbaycan Beynəlxalq Əməliyyat şirkəti (ABƏŞ) McDermott Caspian Contractors şirkəti adından bəyan edib ki, şirkət rəhbərliyi noyabrın 22-də McDermott işçiləri tərəfindən qaldırılmış məsələlərə baxmaq üçün onların nümayəndələr qrupu ilə görüşüb. ABƏŞ-in noyabrın 29-da yayılmış press-relizində bildirilir ki, ABƏŞ və AR DNŞ nümayəndələri ilə aparılmış məsləhətləşmələr nəticəsində McDermott rəhbərliyi "Qərbi Azəri" platformasının üst qatının inşası layihəsinin uğurla bitməsi ilə əlaqədar işçilərin bir aylıq əmək haqları həcmində mükafatlandırılması təklifini irəli sürüb. Bundan başqa, dekabrın 5-dən şirkət iş vaxtından əlavə saatları artırmağı öhdəsinə götürüb ki, bu da əmək haqqının 22% artmasına səbəb olacaq. Rəhbərlik, həmçinin, 2006-cı il yanvarın 1-dən etibarən əmək haqlarını ən azı 12% artırmağı təklif edir.

Sənəddə o da bildirilir ki, bu təkliflərə əsasən, işçilərin xalis əmək haqqı təxminən 35% artır. Lakin ABƏŞ iddia edir ki, işçilər bu təklifləri rədd edərək noyabrın 28-də axşam işi dayandırıblar. McDermott əməkdaşlarının əmək haqları 500-600 dollardır.

Xəbər lenti

Xəbər lenti