...

Azərkimya DŞ-nin xüsusi komissiyası EP-300 zavodunda baş vermiş yanğın nəticəsində dəymiş ziyanın həcminin qiymətləndirilməsini aparır

Energetika Materials 29 Noyabr 2005 13:00 (UTC +04:00)

Azərkimya DŞ-də yaradılmış xüsusi komissyia hazırda noyabrın 23-də EP-300 zavodundakı qurğulardan birində baş vermiş yanğın nəticəsində dəymiş ziyanın həcminin dəqiq qiymətləndirilməsinə nail ola bilməyib. "Biz güman edirik ki, ziyanın məbləği yaxın bir neçə gün ərzində qiymətləndirilə bilər" -deyə Azərkimya DŞ-də Trend ə bildirilib.

Azərkimya DŞ nümayəndəsinin sözlərinə görə, hazırda komissiya öz işini davam etdirir. Zavoddakı qəzanın səbəbi kompressorlardan birində fırlanan valın sınmasıdır ki, bu da yanğına gətirib çıxarıb. "Bu, sırf mexaniki səbəbdir. Dişli çarxda olan dişlərdən biri sıradan çıxıb və bu da qurğunun sınmasına səbəb olub" -deyə Azərkimya DŞ-də bildirilib. Qurğu Avropada alınıb. Təxminən 500 litr sənaye yağının axması nəticəsində yanğın baş verib.

Azərkimya DŞ nümayəndəsi bildirib ki, hazırda müəssisə tərəfindən Rusiya müəssisələri ilə zəruri ehtiyatların alınmasına dair danışıqlar aparılır.

"Ümid edirik ki, bu məsələ növbəti 10 gün ərzində öz uğurlu həllini tapacaq" -deyə Azərkimya DŞ-də bildirilib.

Xəbər lenti

Xəbər lenti