...

Dövlət Neft Şirkətinin Həmkarlar İttifaqları Konfederasiyası Mcdermott-a şirkətində tətillə bağlı vəziyyətin həlli ilə bağlı bir neçə təklif təqdim edib

Energetika Materials 29 Noyabr 2005 14:26 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Həmkarlar İttifaqları Konfederasiyası McDermott Caspian Contractors-a şirkətin ərazisində işçilərin tətil etməsilə bağlı yaranmış vəziyyətin həlli ilə bağlı bir sıra təkliflər hazırlayıb və təqdim edib. ARDNŞ-in Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Cahangir Əliyevin Trend ə verdiyi məlumata görə, noyabrın 28-də Konfederasiyanın nümayəndələri McDermott Caspian Contractors şirkətinin tətil edən fəhlələri ilə görüşlər keçiriblər və azərbaycanlı fəhlələrin hüquqlarının tapdalanması faktlarının olması barədə qənaətə gəliblər.

Azərbaycanın Həmkarlar İttifaqları Konfederasiyasının zəhmətkeşlərin sosial-iqtisadi maraqlarının müdafiəsi üzrə şöbənin müdiri Çingiz Tağıyevin "Trend ə verdiyi məlumata görə, neftçilər öz tələblərində haqlıdırlar. "Əgər fəhlələrin hüquqları müdafiə olunsaydı, belə hadisə baş verməzdi", - deyə o bildirib. Ç. Tağıyev hesab edir ki, McDermott şirkətinin gecə növbəsinin vaxtının iş günü hesabına uzadılması barədə təklifi qəbul etmək olmaz, çünki bu zaman müxtəlif növ zədələrin alınması təhlükəsi böyükdür. "Əgər fəhlələr sığorta olunmayıblarsa, bu, vəziyyəti daha da gərginləşdirir. Mənim fikrimcə, bu, fəhlələrlə bağlanmış müqavilənin müddətinin başa çatmasını sürətləndirmək məqsədilə şirkətin siyasəti də ola bilər. Bütün sivilizasiyalı ölkələrdə istənilən sahədə fəhlələrin hüquqları qorunur və bu, bizdə də belə olmalıdır", - deyə o bildirib.

Qeyd edək ki, McDermott şirkətinin rəhbərliyi noyabrın 22-də bu şirkətin fəhlələri tərəfindən qaldırılmış məsələləri nəzərdən keçirmək üçün fəhləlirn bir qrup nümayəndələri ilə görüşüb. ABƏŞ və ARDNŞ nümayəndələri ilə bir sıra məsləhətləşmələrdən sonra McDermott "Qərbi Azəri" platformasının üst hissəsinin tikintisi üzrə layihənin uğurla başa çatması müqabilində bir aylıq əmək haqqı məbləğində mükafat verməyi təklif ediblər. Dekabrın 5-dən şirkət iş vaxtından artıq iş saatlarını artırmağa və beləliklə də, təmiz əmək haqqının 22 % artırılmasına söz verib. Bununla yanaşı, rəhbərlik 2006-cı il yanvarın 1-dən etibarən 12%-dən az olmayaraq artırmağı təklif edir. Lakin fəhlələr McDermott Caspian Contractors-un bu təklifindən imtina edərək noyabrın 28-dən, axşam saatlarından işi dayandırıblar.

Xəbər lenti

Xəbər lenti