...

Azərbaycan Dövlət Neft Şirkəti dekabrda Novorossiyskdən neftin satışı üzrə tenderi bağlı elan edib

Energetika Materials 30 Noyabr 2005 11:09 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) dekabrda Novorossiysk limanından 170 min ton Urals neftinin satışı üzrə tenderi bağlı elan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin qalibi Glencore treyderidir.

"Neftin 25-26 və 30-31 dekabrda iki tankerlə nəqli gözlənilir. Bu partiyaların biri "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilmiş mənfəət nefti, digəri isə AR DNŞ-in müntəzəm yüklədiyi neft partiyasıdır", - deyə şirkətdən bildirilib.

85 min ton həcmində mənfəət neftinin satışından əldə olunan vəsait Dövlət Neft Fonduna köçürüləcək.

Beləliklə, 2005-ci ildə AR DNŞ-in Novorossiyskdən neftin satışı üzrə elan etdiyi tenderlərdə Glencore 557 min ton neft alıb.

İlin əvvəlindən AR DNŞ-in elan etdiyi tenderlərdə aşağıdakı şirkətlər neft alıb:

yanvar - LUKOIL (140 min ton), Iitol (80 min ton);

fevral - LUKOIL (160 min ton), Arcadia (140 min ton);

mart - Bp Oil Trading (80 min ton), Total (140 min ton);

aprel - Glencore (160 min ton);

may - RD Shell (80 min ton); LUKOIL (85 min ton);

iyun - Mercuria Energy Trading (82 min ton);

İyul - Mercuria Energy Trading (170 min ton);

Avqust - Sun Oil (164 min ton), Glencore (142 min ton);

Sentyabr - LUKOIL (79 min ton);

Oktyabr - Mercuria Energy Trading (142 min ton), Iitol (85 min ton);

Noyabr - Glencore (85 min ton), Glencore (170 min ton).

Xəbər lenti

Xəbər lenti