...

BP rəhbəri: Neftin bareli "ortamüddətli perspektivdə" $40, "uzunmüddətli perspektivdə" isə 20-35 dollaradək ucuzlaşacaq

Energetika Materials 30 Noyabr 2005 12:48 (UTC +04:00)

(Reuters) Neftin bir barelinin dəyəri avqustda müəyyən olunmuş rekord qiymətdən aşağı düşməkdə davam edir, Bu barədə BP Plc neft hirkətinin rəhbəri Con Braun bəyan edib. Onun sözlərinə görə, neftin bir bareli "orta müddətli perspektivdə " $40, "uzunmüddətli perspektivdə isə tələbatın artım sürətinin ləngiməsi ilə əlaqədar 20-35 dollaradək ucuzlaşacaq.

"Neftin hazırki qiymətləri sabit olmayacaq və ortamüddətli perspektivdə təqribən bir bareli 40 dollaradək ucuzlaşacaq ", -deyə Braun bildirib. Lakin o, ortamüddətli perspektiv dedikdə onun hansı zaman kəsiyini əhatə etdiyi dəqiqləşdirməyib.

2005-ci ilin avqustunda Amerika WTI yüngül neftinin dəyəri Meksika körfəzində baş vermiş "Katrina" qasırğası ilə əlaqədar rekord həddə - bir bareli 71 dollaradək qalxmışdı. Hazırki anda neft təxminən 20 faiz ucuzlaşaraq bir bareli 56,90 dollara düşüb.

Xəbər lenti

Xəbər lenti