...

McDermott Caspian Contractors şirkətinin əməkdaşları normal rejimdə işi bərpa edib

Energetika Materials 30 Noyabr 2005 13:09 (UTC +04:00)

McDermott Caspian Contractors (MCCI) şirkətinin əməkdaşları tətili dayandıraraq adi rejimdə işi bərpa edib. Şirkətdən Trend ə verilən məlumata görə, həm dünən axşamkı, həm də bugünkü növbədə iş normal rejimdə davam edib.

Qeyd edək ki, tətil zamanı işçilər McDermott rəhbərliyi qarşısında bir sıra tələblər, xüsusilə əmək haqlarının artırılması tələbini irəli sürmüşdü.

Rəhbərlik bir neçə dəfə tətilçilərlə görüşüb və nəticədə onlar arasında razılıq əldə olunub. Şirkət "Qərbi Azəri" platfomasının üst özüllərinin inşasının uğurla başa çatması ilə əlaqədar işçilərə bir aylıq məvacibləri məbləğində pul mükafatının verilməsi, 2005-ci ilin dekabrından etibarən əmək haqlarının 20% artırılması ilə bağlı təkliflər irəli sürüb.

Xəbər lenti

Xəbər lenti