...

Dekabrda Azərbaycan Novorossiyskdən 315 min ton Ural nefti yükləyəcək

Energetika Materials 30 Noyabr 2005 16:23 (UTC +04:00)

Dekabrda Azərbaycan Novorossiysk limanından 315 min ton Ural nefti yükləyəcək. Limana yaxın mənbələrdən Trend ə məlum olduğu kimi, "Azəri-Çıraq-Günəşli" yatağından neft hasil edən Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) dekabrda limandan 145 min ton neft yükləyəcək.

"Neftin dekabrın 12-13-də Novorossiyskin N1 körpüsündən yüklənməsi nəzərdə tutulub", - deyə mənbədən bildirilib.

Bundan başqa, dekabrda AR DNŞ tərəfindən N2 körpüsündən hər birində 85 min ton neft olan iki tanker də yüklənəcək. Bu partiyaların satışı üzrə şirkətin elan etdiyi tenderin qalibi Glencore treyderi olub. Neftin 25-26 və 30-31 dekabrda yüklənməsi planlaşdırılır.

Bu partiyaların biri "Azəri-Çıraq-Günəşli" yatağından hasil edilmiş mənfəət nefti, digəri isə AR DNŞ-in müntəzəm yüklədiyi neft partiyasıdır.

Xəbər lenti

Xəbər lenti