...

Noyabrda ARDNŞ "Heydər Əliyev adına" NEZ-dən neft məhsullarının ixracını 12% azaldıb

Energetika Materials 1 Dekabr 2005 13:24 (UTC +04:00)

Yanvar-noyabrda ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi (MİƏİ) tərəfindən Bakı "Heydər Əliyev adına" (keçmiş Azərneftyanacaq) NEZ-dən 915,8 min ton müxtəlif neft məhsulları ixrac olunub ki, bu da 2004-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 68,4 min ton çoxdur. Bu barədə Trend ə NEZ-in daxil olduğu ARDNŞ-də bildirilib.

Noyabrda ARDNŞ-in MİƏİ tərəfindən neft məhsullarının ixracı 94,7 min ton təşkiledib ki, bu da 2005-ci ilin oktyabrı ilə müqayisədə 12,4 min ton azdır.

ARDNŞ-in məlumatına görə, noyabrda neft məhsulları dünya bazarında aşağıdakı qiymətlərə (FOB MED (Italy)) satılıb: avtomobil benzini - $482,56/t (-$83,34/t k oktyabr dəyəri), aviasiya nefti - $537,84/t (-$86,48/t), dizel yanacağı - $495,63/t (-$73,88/t), mazut $277,48/t. (-$23,01/t)

Yanvar-noyabrda ARDNŞ-in MİƏİ tərəfindən ixrac edilən neft məhsullarının müvafiq cədvəli belədir:


Adlar

Yanvar-noyabr 2005-ci il

+/- yanvar-noyabr 2004-cü ilə

cü ilə

Noyabr 2005-ci il

+/- 2005-ci ilin oktyabrına

oktyabrına

Avtomobil benzini

269,4

-54,9

22,1

-3

Dizel yanacağı

yanacağı

409,1

32,1

54,6

6,2

Aviasiya nefti

141,9

26,2

7,5

-18,6

Butan

12,1

-0,6

-

-0,2

Mazut

83,3

83,3

10,5

3,3

Cəmi

915,8

68,4

94,7

-12,4

Xəbər lenti

Xəbər lenti