...

Azərbaycan Dövlət Neft Şirkəti 2008-ci ilə qədər neft-qaz sənayesi işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına dair saziş imzalayacaq

Energetika Materials 1 Dekabr 2005 13:53 (UTC +04:00)

Yanvar ayının birinci ongünlüyündə neft-qaz sənayesi işçilərinin Respublika Həmkarlar İttifaqları Komitəsi Azərbaycan Dövlət Neft Şirkəti ilə bu sahədə çalışan işçilərə əlavə güzəştlərin edilməsinə dair saziş imzalayacaq. Bu barədə Trend ə komitədən məlumat verilib. Sazişdə, həmçinin, 2006-2008-ci illərdə neft-qaz sənayesi işçilərinin sosial müdafiəsinin yaxşılaşdırılmasına yönəlmiş müəyyən işlərin görülməsi də nəzərdə tutulub.

NQSİRHİK-də bildirilib ki, dekabrın 21-23-də Bakıda komitənin yığıncağının keçirilməsi planlaşdırılr. Yığıncaqda AR DNŞ-lə gələcəkdə imzalanacaq sazişin son variantı işlənib hazırlanacaq. Onun dekabrın ikinci ongünlüyündə keçirilməsi barədə qərar təşkilatın plenar iclasında qəbul edilib.

Hazırda Azərbaycanda 70 min nəfər neft-qaz sənayesində çalışır ki, onların da 56 min nəfəri AR DNŞ-in əməkdaşıdır.

Xəbər lenti

Xəbər lenti