...

"Qazeksport" MMC 2006-cı ildə Azərbaycana tədarük olunacaq qazın qiymətini müəyyən etməyib

Energetika Materials 1 Dekabr 2005 14:41 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti "Qazeksport" MMC-ni ("Qazprom" ASC-nin tərkibinə daxildir) 2006-cı ildə ölkəyə tədarük olunacaq qazın həcmi və qiymətinin müəyyən edilməsi üçün görüş keçirməyə hazır olduğu barədə xəbərdar edib. Trend in məlumatlı mənbələrə istinadən xəbər verdiyi kimi, "Qazeksport" MMC görüşün keçirilmə tarixi və yerini hələ təyin etməyib. Ümumiyyətlə, o, 2006-cı ildə Cənubi Qafqaz regionunda qazın satışı üzrə vahid qiymət siyasəti işləyib hazırlamayıb.

"Lakin güman edilir ki, Azərbaycan üçün qazın 1 000 m3-nin qiyməti 2005-ci ildən fərqli olaraq 2006-cı ildə artacaq. Həmçinin, qazın 1 000 m3-nə görə $110 məbləğində qiymətin təklif olunacağı da istisna edilmir", - deyə mənbədən bildirilib. Qeyd edək ki, hazırda "Qazeksport" analoji qiyməti Gürcüstanla müzakirə edir.

"Qazeksport" Azərbaycan üçün qiymətlə bağlı hələ qərar qəbul etməyib. Lakin bu məsələ yeni ilə qədər həll oluna bilər", - deyə mənbə bildirir. Hazırda AR DNŞ "Qazeksport"dan qazın 1 000 m3-ni 60 dollara alır.

2006-cı ildən etibarən Azərbaycan ölkə daxilində qaz balansının artması ilə əlaqədar idxal yanacağından asılılığı xeyli azalda bilər. Mənbələr bildirir ki, ABƏŞ 2006-cı ildə AR DNŞ-ə "Azəri" və "Çıraq" yataqlarından hasil edilmiş 3 mlrd m3 səmt qazı verə bilər.

Beləliklə, 2006-cı ildə AR DNŞ öz yataqlarında 4 mlrd m3 qaz hasil etməyi plandaşdırır. Bura, həmçinin, AÇG-dən 3 mlrd m3 yanacaq da daxildir. Azərbaycan 2005-ci ildə "Qazeksport"dan nəzərdə tutulmuş 4,5 mlrd m3 qazın əvəzinə 2-2,5 mlrd m3 qaz ala bilər.

2005-ci ilin yanvar-oktyabr aylarında "Qazeksport" Azərbaycana 2004-cü ilin 9 ayı ərzində tədarük etdiyi 3,93 mlrd m3 qaza qarşı 3,78 mlrd m3 qaz tədarük edib. Cari ildə AR DNŞ 4,5 mlrd m3 qaz almağı planlaşdırır. Təbii qaz ölkəyə Şirvanovka-Qazı Məhəmməd boru kəməri ilə verilir.

Xəbər lenti

Xəbər lenti