...

ARDNŞ 2007-ci ildə iri dəniz yatağından qazın istifadəsinə başlamaq niyyətindədir

Energetika Materials 1 Dekabr 2005 16:39 (UTC +04:00)

ARDNŞ-in öz xüsusi vəsaitləri hesabına neft-qaz əməliyyatları apardığı "Günəşli" yatağının azsulu hissəsində neftlə yanaşı hasil edilən səmt qazının istifadəsinə 2007-ci ildə başlanılması nəzərdə tutulur. Bu barədə Trend ə AR sənaye və energetika nazirliyində bildirilib.

Layihənin gerçəkləşdirilməsi "2005-2015-ci illərdə Azərbaycanın yanacaq-energetika kompleksinin inkişafı Dövlət proqramı"nda nəzərdə tutulub. Bu qazın istifadəsi yaşayış məntəqələrinin yanacaqla təmin edilməsi və ekologiyanın mühafizəsinə imkan verəcək.

Hazırda "Günəşli"dən atmosferə sutkada 1,6 mln. m3 qaz sovrulur. "Çıraq" (operator BP) yatağından tullantıların həcmi sutkada 800 min m3 təşkiml edir.

Noyabrın 10-da ARDNŞ-in prezidenti və Dünya bankı "Günəşli"dən səmt qazının istifadəsi layihəsinin hazırlanması üçün $481,25 min həcmində Yaponiya qrantına dair saziş imzalayıb. Qrant səmt qazının istifadəsi üzrə investisiyaların cəlb edilməsi üçün proqramın hazırlanmasına yönəldiləcək.

Yaponiyanın Japan Oil Engineering Co şirkəti səmt qazının məqsədyönlü istifadəsi üzrə ARDNŞ-ə məsləhətləşmə xidməti göstərəcək. Bu şirkət qaz itkisinin aradan qaldırılması və elektrik stansiyalarında qazdan daha səmərəli və qənaətlə istifadə üzrə araşdırmalar aparır.

Xəbər lenti

Xəbər lenti