...

Naxçıvandakı "Araz" Su Elektrik Stansiyasının 2-ci enerji bloku istismara verilib

Energetika Materials 1 Dekabr 2005 17:41 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikasındakı (NMR) "Araz" Su Elektrik Stansiyasının (SES 2-ci enerji bloku istismara verilib. Bu barədə Trend ə Azərenerji SC-nin baş mühəndisi Saleh Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hazırda SES orta rejimdə işləyir və 10 MVt elektrik enerjisi hasil edir. "Araz" SES-nın gücü 44 MVt təşkil edir ki, onun 50%-i Azərbaycanın, 50%-i isə İranın payına düşür. Qışda bu stansiya maksimal qüvvə ilə (22 MVt) işləyəcək.

Bu gün "Araz" SES-da hər şey qarşıdakı qış mövsümünə hazırlığa yönəlib. Hazırda "Araz" SES blokadada olan Naxçıvanın yeganə enerji istehsal edən obyekti olaraq qalır. Yanvar-oktyabrda NMR-nın enerji sisteminə saatda 908,815 mln kVt-dan artıq enerji daxil olur. Respublikanın elektrik təchizatının əsas mənbəyi qonşu ölkələrdən idxal olunan elektrik enerjisidir. Azərenerji SC-nin Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, göstərilən dövrdə İrandan NMR-na elekrik enerjisinin tədarükü saatda 507,632 mln kVt, Türkiyədən isə 322,636 mln kVt təşkil edir.

Xəbər lenti

Xəbər lenti