...

2005-ci ildə Azərneftyağ neft emalı zavodu Petrofarma təxminən 280 min ton mazut tədarük edib

Energetika Materials 2 Dekabr 2005 11:47 (UTC +04:00)

2005-ci ilin əvvəlindən Azərbaycan Dövlət Neft Şirkətinin tərkibinə daxil olan Azərneftyağ NEZ Sinqapurun Petrofarm şirkətinə 277,4 min ton M-40 markalı mazut tədarük edib. Bu barədə Trend ə NEZ-dən məlumat verilib.

Noyabrda 7,4 min ton mazut ixrac olunub. Dekabrda isə qış mövsümünə keçidlə əlaqədar ixracın həcmi azalacaq.

"Biz dekabrda ayrı-ayrı mazut partiyalarının tədarükünü istisna etmirik, lakin bu, ayın ikinci yarısında baş verə bilər", - deyə NEZ nümayəndəsi qeyd edib.

"Mazut ixracı may ayından başlayıb. Avqustda M-40 markalı mazut ixrac olunmayıb və təkrar emal üçün "Heydər Əliyev adına" NEZ-ə (keçmiş Azərneftyanacaq) göndərilib", - deyə zavodda bildirilib.

Petrofarm şirkətilə bağlanmış müqaviləyə əsasən, cari ildə Azərneftyağ Batumi limanına 300 min ton mazut nəql etməyi planlaşdırır.

2004-cü ildə NEZ təxminən $292 mln dəyərində 1,155 mln ton müxtəlif neft məhsulu ixrac edib.

Xəbər lenti

Xəbər lenti