...

Azərenerji SC-nin modul elektrik stansiyası mütəxəssisləri kurslarda iştirak etmək üçün Finlandiyaya ezam olunacaq

Energetika Materials 2 Dekabr 2005 12:22 (UTC +04:00)

Azərenerji SC-nin modul elektrik stansiyası üzrə təxminən 110 mütəxəssisi kurslarda iştirak etmək üçün Finlandiyaya, Warstila qərargah mənzilinə ezam olunacaq. Bu barədə Trend ə Azərenerjinin mətbuat xidmətindən bildirilib. SC Warstila ilə 5 modul elektrik stansiyasının tikilməsi ilə bağlı 160 mln avro məbləğində müqavilə imzalayıb. SC-nin subpodratçısı Azərbaycanın AZENCO şirkətidir.

Azərenerjinin vitse-prezidenti Marlen Əsgərovun sözlərinə görə, daha sonra mütəxəssislər İspaniyada keçiriləcək kurslarda iştirak edəcək və lazımi praktiki təcrübə toplayacaqlar.

"Azərbaycana qayıtdıqdan sonra onlar mühəndis kadrların hazırlanması və yenidən hazırlanması prosesilə məşğul olacaqlar ki, yaxın perspektivdə bu kadrlar həmin enerji obyektlərində işlə təmin olunacaq", - deyə o qeyd edib.

Hazırda Astara, Şəki və Xaçmazda da MES tikilir. 10 moduldan ibarət Modul tipli Astara Elektrik Stansiyası (hər biri 8,7 MVt) 2005-2006-cı illərdə Azərenerjinin isitsmara verməyi planlaşdırdığı 52 stansiyadan birincisi olacaq. Onun cari ilin sonunda istismara verilməsi nəzərdə tutulub. Bu stansiyaların ümumi gücü 450-460 MVt-dir.

Xəbər lenti

Xəbər lenti