...

Turan Moralı: BTC neft boru kəməri 2006-cı ilin fevralında istismara verilə bilər

Energetika Materials 2 Dekabr 2005 18:26 (UTC +04:00)

Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru kəmərinin istismara verilməsi 2006-cı ilin yanvarın sonu - fevralın əvvəlində mümkündür. Trend bildirir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı jürnalistlərlə söhbətində bəyan edib.

"BTC boru kəməri ilə nəql olunan neft artıq Ərdəhan şəhərinin yaxınlığındadır"-deyə diplomat bildirib və qeyd edib ki, beləliklə də Ceyhan limanında ilk tankerin doldurulması cari ildə mümkün deyil.

Onun sözlərinə görə, həmin layihə çərçivəsində hər hansı bir texniki problem müşahidə olunmur və neft "Türkiyə ərazisi ilə müntəzəm irəliləyişdə" davam edir.

Xəbər lenti

Xəbər lenti