...

GOC "Cənub-qərbi Qobustan" yatağındakı yeni quyularda cəlbedici qaz ehtiyatı alıb

Energetika Materials 2 Dekabr 2005 18:48 (UTC +04:00)

Gobustan Operating Company "Cənub-qərbi Qobustan"ın tərkibinə daxil olan "Duvannı" yatağında 108 saylı yeni quyunun qazmasının yekunlarına əsasən cəlbedici qaz ehtiyatı alıb. Layihənin iştirakçısı olan ARDNŞ-də Trend ə bildirilib ki, hazırda quyuda testləşdirmə işləri aparılır və bu işlər dekabrın ortalarında başa çatdırılacaq.

"Quyunun ehtiyatları təqribən sutkada 100 min m3 qaz təşkil edir. Amma quyunun test sınaqları bu göstəricini dəqiqləşdirməyə imkan verəcək" -deyə ARDNŞ-də bildirilib.

"Cənub-qərbi Qobustan" yatağının ARDNŞ ilə bağlanmış PSA üzrə işlənib-hazırlanması ilə Gobustan Operating Company məşğul olur. Gobustan Operating Company şirkətində 80% pay Commonwealth Gobustan Limited şirkətinə, 20% isə ARDNŞ-ə məxsusdur. Commonwealth Gobustan Limited şirkətində 37,17% pay Arawak Energy-yə, 62,83% isə China National Petroleum Company şirkətlər qrupuna məxsusdur.

Dekabrın sonunadək müqavilə sahəsinin tərkibinə daxil olan "Kənizədağ" yatağındakı 101 saylı quyunun testləşdirilməsinin nəticələri gözlənilir.

Xəbər lenti

Xəbər lenti