...

Dövlət Neft Şirkəti Anshad Petrol-dan 20 miln kubmetrdən artıq sərbəst qaz alıb

Energetika Materials 3 Dekabr 2005 11:36 (UTC +04:00)

Anshad Petrol birgə müəssisəsi (BM) 2005-ci il yanvar -noyabr aylarında Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) 21,6 mln kubmetr sərbəst qaz satıb ki, bu da 2004-cü ilin 11 ayında olduğundan 8,8 mln kubmetr çoxdur. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Anshad Petrol "Neftçala", "Hillə" və"Babazənən" müqavilə sahəsindəki quyulardan qaz hasil edir. BM sərbəst qazın 2 miln kubmetr həcmində ilk buraxılışına 2004-cü ilin aprelindən başlayıb.

ARDNŞ-in məlumatına görə, noyabrda Anshad Petrol Dövlət Neft Şirkətinə 2,1 mln kubmetr qaz satıb ki, bu da oktyabr ayında reallaşdırılan yanacaqdan 0,3 mln kubmetr çoxdur. ARDNŞ Anshad Petrol-dan qazı 65 min AZM ( 1 min kubmetri $13) alır və "Azəriqaz" qapalı səhmdar cəmiyyətinə (QSC) satır. QSC də öz növbəsində yanacağı "Azəriqaz"ın tərkibinə daxil olan "Aztransqaz" İB vasitəsilə paylayır.

Anshad Petrol BM 1993-cü ildə ARDNŞ-lə Türkiyənin Atilla Dogan Petrol arasında keçmiş "Neftçalaneft" NQÇİ-nin əsasında yaradılıb. 1994-1996-cı illərdə Anshad Petrol BM-nin operatoru Atilla Dogan Petrol olub. Lakin 1997-ci ildə ARDNŞ bu funksiyanı öz üzərinə götürüb. 1995 -ci ildə Malayziyanın Land and General Berhad şirkəti layihənin iştirakçısı olub və Atilla Dogan Petrol payından 17,15% -ni alıb.

Xəbər lenti

Xəbər lenti