...

Dövlət Neft Şirkəti "Buta" yatağında yeni quyunun qazılmasına başlayıb

Energetika Materials 3 Dekabr 2005 13:47 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Buta" yatağında yeni quyunun qazımasına başlayıb. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib. 1795№-li quyunun layihə dərinliyi 1500 metrdir. Artıq onun 443 metri qazılıb. Qazmanın orta sutkalıq sürəti 43 metr təşkil edir. Qazma işlərinin 2006-cı ilin əvvəllərində başa çatdırmaq planlaşdırılır. Quyuda qazma işlərini ARDNŞ "Azneft" İB-nin balansında olan "Qobustan" Kəşfiyyat-Qazma İşləri İdarəsi aparır. Quyudan sutkada 5 ton neft hasil olunması gözlənilir.

"Buta" yatağının işlənməsinə 1926-cı ildən başlanılıb.

"Qobustan" Kəşfiyyat-Qazma İşləri İdarəsi həm də "Şimali Naftalan" və "Suraxanı", "Qaradağ", "Muradxanlı", "Lökbatan", "Kalmaz" və digər yataqlarda kəşfiyyat quyularının qazılması ilə də məşğul olur.

Xəbər lenti

Xəbər lenti