...

Shirvanoil 2006-cı il yeni qaz quyularını qazmağı planlaşdırır

Energetika Materials 5 Dekabr 2005 12:42 (UTC +04:00)

Azərbaycanın "Kürovdağ" quru yatağında bərpa, kəşfiyyat və hasilat işləri aparan Shirvanoil birgə müəssisəsi (BM) 2006-cı ildən yeni qaz quyularının qazılmasının planlaşdırır. Bu barədə Trend ə ARDNŞ-dən məlumat verilib.

Hazırda yatağın neft-qaz obyektləri orta pliossenin 12 üfüqi məhsuldar layında və Abşeron və Ağcagül yaruslarındakı çöküntülərdə yerləşir. Qaz kondensat toplaşmalar Abşeron yarusunun çöküntülərində aşkarlanıb ki, onların çıxarılması üçün 30 istismar quyusu qayılıb.

Lakin hazırda burada qaz yataqlarının işlənməsi demək olar ki, dayandırılıb, quyular isə müxtəlif səbəblərdən sıradan çıxıb. Bu quyulardan ümumilikdə 1,5 mlrd kubmetrə yacın qaz və 250 min ton kondensat hasil edilib.

Yataqda aparılan seysmik kəşfiyyat və qiymətləndirmə işləri yatağın cənub-şərq hissəsində qaz və kondensatların mövcudluğunu göstərib. Buna görə də şirkət gələn ildən qaz quyularının qazılmasına başlamaq istəyir.

Xəbər lenti

Xəbər lenti