...

Azərenerji Azərbaycan hökumətinə müraciət edib

Energetika Materials 5 Dekabr 2005 13:51 (UTC +04:00)

Azərenerji Səhmdar Cəmiyyəti Nazirlər Kabinetinə "Rusiya EEŞ" Regioenal Səhmdar Cəmiyyətinin Azərbaycana ixrac etdiyi elektrik enerjisinin qiymətinin artırmaq niyyəti ilə bağlı müraciət edib. Bu barədə Trend ə SC-in baş mühəndisi Saleh Məmmədov məlumat verib. Onun sözlərinə görə, energetika idarəsi hökumətdən bu məsələnin həlli üzrə məqsədəuyğun variantını təklif etməyi xahiş edir.

"Rusiya EEŞ" noyabrın sonlarında Azərenerji-ə məktubla müraciət edərək ixrac olunan elektrik enerjisinin qiymətinin artırılmasının mümkünlüyünü qeyd etmişdi.

"Hazırda biz Rusiyadan 1 KVt/s elektrik enerjisinə görə 2,99 sent ödəyirik. "Rusiya EEŞ" yanvarın 1-dən bu rəqəmi 3,99 sentə qədər qaldırmağı təklif edir. Azərenerji SC-nin "Rusiya EEŞ" RSC-ti ilə müqaviləsinin müddəti dekabrın 31-də başa çatır, buna görə də bizə yeni müqavilə imlamaq lazımdır", - deyə o bildirib.

S.Məmmədov bildirib ki, Azərbaycan bir ay ərzində Rusiyadan 70-75 mln kVt/s elektrik enerjisi alır.

Xəbər lenti

Xəbər lenti