...

Azərikimya EP-300 zavodunun sıradan çıxmış qurğuları üçün avadanlıqlar alır

Energetika Materials 5 Dekabr 2005 14:00 (UTC +04:00)

Azərikmya Dövlət Şirkəti (DŞ) EP-300 zavodunun sıradan çıxmış qurğuları üçün avadanlıqlar alır. Bu barədə Trend dövlət strukturundan məlumat verilir. Rusiya istehsalı olan avadanlıqlar Bakıya 10 gün ərzində çatdırılacaq.

DŞ-nin yaratdığı xüsusi komissiya bununla yanaşı, hazırda müvafiq işlər həyata keçirir və hazırda dəyən ziyanın ölçüsünü hələ də dəqiqləşdirmək mümkün olmayıb. Xatırladaq ki, noyabrın 23-də EP-300 zavodunda baş vermiş yanğın nəticəsində müəssisəyə ciddi ziyan dəyib.

Komissiyanın öz işini dekabrın sonlarına kimi başa çatdıracağı gözlənilir.

Zavodda qəzaya səbəb kompressorlardan birindəki fırladıcı vallardan birinin sınması olub. Qurğunun özü Avropadan alınıb. 500 litr sənaye yağının dağılmasından sonra zavodda dərhal yanğın başlayıb.

Xəbər lenti

Xəbər lenti