...

Maliyyə Nazirliyi dövlət büdcəsində neftin qiymətinin müəyyən edilməsi üzrə ehtiyatlı siyasəti seçib

Energetika Materials 5 Dekabr 2005 14:38 (UTC +04:00)

Azərbaycan hökuməti gələn illər ərzində hər ir neft üzrə büdcədə təyin edilən qtyməti aşağı salmağı planlaşdırır, bu barədə Maliyyə Nazirliyindən Trend ə verilən məlumat verilir. 2009-cu ilin proqnozlarına görə, neftin bir barel üzrə $29 təyin edilib. Lakin 2006-cı ilin təsdiqlənmiş büdcəsinə görə $40 təşkil edir ki, bu da 2005-ci ildə olduğundan 60% çoxdur.

Belə aşağı düşmə gələcəkdə neftin qiymətinin aşağı düşəcəyini qabaqcadan bildirən beynəlxalq institutların proqnozları ilə izah olunur. Hələləik isə o yüksək səviyyədə qalmaqda davam edir, Bu Dövlət Neft Şirkətində vergilərin $40 səviyyəsində tutulacağı ilə əlaqədardır və bu da bu da neftdən büdcə gəlirlərinin artacağı gözlənilir.

Gələn üçün neftin orta qiyməti Beynəlxalq Bankın və Beynəlxalq Valyuta Fondunun rəylərinə görə, bir barel $53 təşkil edir. Buna baxmayaraq, Maliyyə Nazirliyi neftin qiyməti ilə bağlı çox ehtiyatlı siyasət yürüdür.Bir az əvvəl maliyyə naziri Əvəz Ələkbərov bəyan etmişdi ki, neftin bir barelinə görə $40 təyin edilməsi ARDNŞ və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) planlarına müvafiq müəyyən edilir. Onlar öz investisiya planlarına malikdirlər və Maliyyə Nazirliyi belə hesab edir ki, onlar üçün 2006-cı ilin investisiya proqramında nəzərdə tutulan şərtləri yerinə yetirilməsi üçün şərait yaratmaq lazıimdır.

Xəbər lenti

Xəbər lenti