...

Barmek Azərbaycan 2006-cı ilin II rübündə Azərbaycanın şimal-şərq rayonlarında elektrik sayğacları quraşdırmaq niyyətindədir

Energetika Materials 5 Dekabr 2005 15:12 (UTC +04:00)

Barmek Azərbaycan şirkəti (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkəsinin operatoru) Bakıda elektrik sayğaclarının quraşdırılıması prosesini başa vurur. Bu barədə Trend ə şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Tanrıverdi Mustafayev bildirib.

Onun sözlərinə görə, bu günə kimi 95% abunəçi 520 min qaz sayğacı ilə təmin olunub. "İlin sonuna kimi biz yerdə qalan 5% abunəçinini də sayğacla təmin etməyi planlaşdırırıq", - deyə o qeyd edib.

Barmek Azərbaycan 2006-cı ilin II rübündə Sumqayıtın enerji paylayıcı şəbəkəsinə daxil olan şimal-şərq rayonlarında sayğacların quraşdırılmasını başa çatdırmaq niyyətindədir. Hazırda Sumqayıtda 40%, Xaçmazda isə 45% abunəçi yeni elektrik sayğaclarla təmin olunub.

Bu günə kimi şirkət tərəfindən 500 mindən çox sayğac quraşdırılıb. 2002-ci ildə 50 min, 2003-cü ildə 100 min, 2004-cü ildə isə 150 min ədəd sayğac quraşdırılıb. Təkcə cari ildə 200 mindən artıq sayğacın quraşdırılması nəzərdə tutulub. T.Mustafayevin sözlərinə görə, bəzi abunəçilər bu istiqamətdə şirkət üçün problemlər yaradır. "Elə abunəçilər var ki, onların sayğacları müxtəlif səbəblər üzündən 12 dəfə dəyişdirilib", - deyə şöbə müdiri qeyd edib.

Xəbər lenti

Xəbər lenti