...

Noyabrda Barmek Azərbaycan 369,7 mln manat məbləğində ödənişləri təmin edib

Energetika Materials 5 Dekabr 2005 17:00 (UTC +04:00)

Noyabr ayında Barmek Azərbaycan şirkəti (Bakı və Sumqayıtın enerji paylayıcı şəbəkə operatoru) abunəçilərin şikayətləri üzrə Komissiya vasitəsilə tədarük olunmuş elektrik enerjisinə görə 369,7 mln manatdan artıq ödənişi təmin edib. Şirkətdən Trend ə verilən məlumata görə, 209 701 597 manat Bakı enerji paylayıcı şəbəkəsi, 80 018 500 manat Sumqayıt enerji paylayıcı şəbəkəsi abunəçilərinin, 1093026 manat isə elektrik enerjisinin satışı üzrə Xaçmaz regional idarəsinin payına düşüb.

Göstərilən dövr ərzində Komissiyaya 2594 abunəçi müraciət edib. Onların 2455-i, əhali kateqoriyasına daxildir. 741 nəfər abunəçi ilə saziş protokolu imzalanıb.

Sumqayıtda komissiyaya müraciət edən abunəçilərin sayı 1161-dir. Onların 1119-u əhali kateqoriyasına daxildir. Saziş 781 nəfər abunəçi ilə imzalanıb.

Xəbər lenti

Xəbər lenti