...

Azərbaycan Dövlət Neft Şirkəti Supsadan 1 mln barel neftin satışı üzrə tender elan edib

Energetika Materials 6 Dekabr 2005 12:08 (UTC +04:00)

Dekabrın 6-da Azərbaycan Dövlət Neft Şirkəti (AR DNŞ) Gürcüstanın Supsa limanından Azəri Light markalı mənfəət neftinin satışı üzrə tender edan edib. AR DNŞ-dən Trend ə verilən məlumata görə, tenderin dekabrın 9-da bağlı elan ediləcəyi gözlənilir. "1 mln barel neftin yanvarın 3-4-də yüklənəcəyi nəzərdə tutulub", - deyə şirkətdən bildirilib.

Cari ildə AR DNŞ-in elan etdiyi tenderlərdə Glencore, Arcadia, Unipetrol, Total, R-Trading, Select Energy və Tupras şirkətləri Supsadan yüngül neft alıb.

Yanvar-oktyabr aylarında "Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəmiş ABƏŞ üzrə tərəfdaşlar Bakı-Supsa boru kəməri ilə 5,756 mln ton Azəri Light markalı nefti ixrac edib.

Xəbər lenti

Xəbər lenti