...

Azərbaycan hökuməti 2006-cı ildə ölkənin YEK balansını nəzərdən keçirir

Energetika Materials 6 Dekabr 2005 16:26 (UTC +04:00)

AR sənaye və energetika nazirliyi (SEN) 2006-cı ildə ölkənin yanacaq-energetika balansını (YEK) baxılmaq və təsdiq üçün Azərbaycanın Nazirlər Kabinetinə təqdim edib. Bu barədə Trend ə SEN-də bildirilib.

"Biz ümid edirik ki, sənədə cari ayın sonunadək baxılacaq və bəyəniləcək" -deyə Nazirlikdə bildirilib.

Gələn il ARDNŞ neftinin həcminin 8,7 mln. ton, qazın isə 5,9 mlrd. m3 təşkil edəcəyi nəzərdə tutulur. "Qaradağ" və "Kalmaz" yeraltı qaz ambarlarında (YQA) 2006-2007-ci qış mövsümü ərzində əhalinin qazla təchiz edilməsi üçün 1 mlrd. m3 qaz vurulması nəzərdə tutulur.

Bu sənədə əsasən, gələn il Rusiyadan 4,5 mlrd. m3 təbii qaz və 1,3 mlrd. kVt/s elektrik enerjisi idxal ediləcək. Naxçıvan Muxtar Respublikasının (NMR) qaz təchizatı üçün İrandan alınan qazın həcmi 250 mln. m3, elektrik enerjisi isə 80-100 MVt təşkil edəcək. Türkiyədən elektrik enerjisinin idxalı 40-50 MVt.təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti