...

Azərbaycanın Ekologiya Nazirliyi: EP-300 zavodundaeı qurğusunda yanğın ətraf mühitin ciddi çirklənməsinə səbəb olmayıb

Energetika Materials 6 Dekabr 2005 17:11 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyinin ekspertləri bu həftənin sonunda noyabrın 23-də Sumqayıtdakı EP-300 zavodundakı (Azərkimya DM tərkibinə daxildir) qurğuda baş vermiş yanğınla bağlı keçirilən monitorinqi başa vurmaq niyyətindədir, Bu barədə Trend ə Nazirlikdən məlumat verilib.

"Qəza nəticəsində 30 litr həcmində olan yağ alışıb. Neft məhsulunun yanması nəticəsində atmosforə tullantılar əhəmiyyətsiz dərəcədə olub və ətraf mühitə ziyan vurmayıb", - deyə Nazirliyin nümayndəsi bildirib.

Hazırda zavodun ərazisində bərpa işləri aparılır. Azərikmya DŞ EP-300 zavodunda sıradan çıxmış qurğu üçün avadanlıqlar alıb.

Rusiya istehsalı olan avadanlıqlar Bakıya gələn həftə gətiriləcək. Bununla yanaşı, DŞ-nin yaratdığı xüsusi komissiya dəyən ziyanın məbləğinin müəyyən etmək üçün işləri davam etdirir.

Xəbər lenti

Xəbər lenti