...

Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti Azərbaycandan neftin ixracını artırıb

Energetika Materials 7 Dekabr 2005 12:48 (UTC +04:00)

"Azəri-Çıraq-Günəşli" dəniz blokunu mənimsəmiş Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) 2005-ci ilin yanvar-noyabr ayları ərzində 10,26 mln ton neft ixrac edib ki, bu da 2004-cü ilin 11 ayınının göstəricisindən 4,56 mln ton çoxdur.

ABƏŞ-dən Trend ə verilən məlumata görə, yanvar-noyabr aylarında Bakı-Supsa boru kəməri ilə ("Qərb marşrutu") 6,329 mln ton Azəri Light nefti, Bakı-Novorossiysk boru kəməri ilə isə ("Şimal marşrutu") 2,364 mln ton xammal ixrac edilib.

2005-ci ilin noyabrında ABƏŞ üç istiqamətdə 1,277 mln ton neft nəql edib ki, bu da 2004-cü ilin noyabr ayından 692,5 min ton çox, 2005-ci ilin oktyabr ayı göstəricisindən isə 31 min ton azdır. ABƏŞ-də bildirilib ki, noyabrda "Qərb marşrutu" ilə 572,1 min ton, "Şimal marşrutu" ilə 340,3 min ton, Bakı-Batumi marşrutu ilə isə 364,9 min ton neft nəql edilib.

Xəbər lenti

Xəbər lenti