...

Bakı-Tbilisi-Ceyhan boru kəmərinə 550 min tondan artıq texniki Azeri Light növlü neft vurulub

Energetika Materials 7 Dekabr 2005 13:08 (UTC +04:00)

BTC Co boru kəmərləri şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəmərinin texniki neftlə doldurulmasını davam etdirir. BTC Co -nun operatoru olan BP -dən Trend ə verilən məlumata görə, bu günə kimi BTC boru kəmərinə 560,1 min ton Azeri Light nefti vurulub ki, bu da 4,144 mln barel xammal təşkil edir. Neft kəmərinin tam şəkildə dolması üçün 10 mln barel neftin olması zəruridir.

Şirkətin nümayəndəsinin sözlərinə görə, 2005-ci ilin noyabrında boru kəmərinə 163,3 min ton (1,208 mln barel) neft vurulmalıdır.

Sentyabrda Ceyhan limanına ilk neft daxil olub və neft anbarlarının birindən ğankerə doldurulub. Bu, Azeri Light növlü neft Ceyhana sentyabrın birinci ongünlüyündə Gürcüstanın Qara dənizdəki Supsa limanından terminalın yoxlanılması və doldurulması üçün daxil olub.

Xəbər lenti

Xəbər lenti