...

Azərbaycanda Pa Government layihəsi çərçivəsində özəl qazanxana istifadəyə verilib

Energetika Materials 7 Dekabr 2005 15:24 (UTC +04:00)

Bu gün Suraxanı rayonunda PA Government Service Inc. (PA Consulting Group-un tərkibinə daxildir) pilot layihəsi çərçivəsində özəl qazanxana istifadəyə verilib. Layihə Azərbaycanın istilik təsərrüfatında problemlərin həlli strategiyasını nəzərdə tutur.

Trend in məlumatına görə, tədbirdə layihənin rəhbəri, PA Consulting Group-un eksperti Maknil Votkins bildirib ki, layihə çərçivəsində 146 saylı məktəb və 300 nəfərlik binanın istilik təchizatı sistemi quraşdırılıb və isti və soyuq suyun verilməsi təmin edilib, eləcə də, qapı və pəncərələrin izolyasiyasiya edilməsi üzrə işlər həyata keçirilib.

O bildirib ki, "bizim fikrimizcə, Azərbaycan hökuməti strategiya çərçivəsində bizim tövsiyələrimizi qəbul edəcək. Bu, gələcəkdə də ölkənin regionlarının istilik təchizatı sisteminin təmin etməyə imkan verəcək".

ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş bildirib ki, istilik təchizatının təmin edilməsi layihəsi çərçivəsinə özəl sektor cəlb edilib və bu Azərbaycanda istilik təchizatının gələcək inkişafına da müsbət nümaynə ola bilər.

Mərasimdə həmçinin, "Azəristiliktəchizat"ın rəhbəri Yaşar Həsənov, iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə müşaviri Kərim Ramazanov, Barmek Azərbaijan şirkətinin başçısı Hüseyn Arabul, Nazirlər Kabinetinin, Azəriqaz qapalı Səhmdar Cəmiyyətinin və s. nümayəndələri iştirak ediblər.

USAID bu layihəyə $300 min qrant vəsaiti ayırıb ki, bu vəsaitdən $50 mini qazanxanaların alınmasına xərclənib.

Xəbər lenti

Xəbər lenti