...

Yaxın vaxtlarda Azərbaycanın cənub regionlarının enerji təchizatı ilə bağlı problem tamamilə həll ediləcək

Energetika Materials 7 Dekabr 2005 18:06 (UTC +04:00)

Yaxın vaxtlarda Azərbaycanın cənub regionlarının enerji təchizatı ilə bağlı problem tamamilə həll ediləcək. Bu barədə Trend ə iqtisadi inkişaf nazirinin energetika məsələləri üzrə müşaviri Kərim Ramazanov bildirib.

Onun sözlərinə görə, hazırda bu regionların enerji təchizatının yaxşılaşdırılması üçün bir sıra layihələr həyata keçirilir, İran hökuməti tərəfindən ayrılmış kredit hesabına bu regionların enerji sistemlərinin yenidən qurulması üzrə işlər aparılır.Bu, ölkənin cənub regionlarının enerji təchizatında olan problemin həll edilməsinə imkan verəcək.

Bundan başqa, K.Ramazanov deyib ki, bu istiqamətdə həmçinin Astarada modul elektrik stansiyasının (MES) inşası aparılır. Bu MES-in gücü 87 Meqavatt təşkil edir. MES 2006-cı ilin əvvəlində istsmara veriləcək.

Hazırda MES-in inşası üzrə aparılan işlər son mərhələdədir.

Xəbər lenti

Xəbər lenti