...

Yanvar–noyabrda Naxçıanın enerji sisteminə 1 mlrd kVt/s-dan artıq elektrik enerjisi daxil olub

Energetika Materials 8 Dekabr 2005 13:03 (UTC +04:00)

Cari ilin yanvar-noyabr aylarında Naxçıvan Muxtar Respublikasının (NMR) enerji sisteminə 1,02 mln kVt/s elektpik enerjisi daxil olub. Bu barədə Trend ə Azərenerji SC-nin mətbuat xidmətindən məlumat verilib.

Blokadada olan NMR-nın enerji təchizatının əsas mənbələri qonşu ölkələrdən elektrik enerjisinin idxalıdır. Azərenerji SC-nin Mərkəzi Dispetçer İdarəsinin məlumatına görə, göstərilən dövrdə NMR-na elektrik enerjisinin tədarükü İrandan 578,332 mln kVt/s və Türkiyədən 358,736 mln kVt/s olub.

Hazırda HMR-da "Apaz" SES fəaliyyət göstərir ki, stansiya 84,2 mln kVt/s enerji hasil edir.

Noyabrda NMR 112 kVt/s elektrik enerjisi alıb. Göstərilən dövrdə İrandan NMR-na elektrik enerjisinin tədürükü 70,7 mln kVt/s və Türkiyədən 36,1 mln kVt/s təşkil edib. Noyabrda "Apaz" SES 5,9 mln kVt/s enerji hasil edib.

Xəbər lenti

Xəbər lenti