...

Azərbaycanda Dövlət Neft Şirkəti ən iri dəniz yatağındakı ehtiyatların hasilatınının qiymətləndirilməsini 24% artırıb

Energetika Materials 8 Dekabr 2005 13:37 (UTC +04:00)

Dövlət Neft Şirkəti (ARDNŞ) öz hesabına karbohidrogenlər hasil etdiyi "Günəşli" yatağının dayaz hissəsindəki şasil olunan neft ehtiyatlarının qimytəlnədirilməsini 180 mln tona qədər artırıb. Bu barədə Trend ə ADNŞ-in nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, qiymətləndirilmə üzrə aparılan işlər nəticəsində yataqdan hasil olunan ehtiyatlar 35 mln tona qədər artırılıb. ARDNŞ nümayəndəsi bildirib ki, yataqdaq hasil edilən qaz ehtiyatlarının hasilatının həcmi 70 mlrd kubməerə çatır.

"Günəşli" yatağının dayazsulu hissəsindən hasil edilən neftin sortu praktiki olaraq Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin dərinsulu "Günəşli" yatağından hasil etdiyi Azeri Light sortuna uyğundur.

Dövlət Neft Şirkətinin nümayəndəsi etiraf edib ki, 2006-cı ildə ARDNŞ-in bütün yataqlarından hasil ediləcək neftin həcmi aşağı düşəcək və şirkət bunun qarşısını almaq iqtidarında deyil. Bunun müəyyən hissəsi əlavə dəniz platformalarının tikilməsinin və bu hidrotexniki tikililərdə neft hasilatı hesabına kompensasiya olunacaq. Lakin ARDNŞ-in işlədiyi quru yataqlarda laylarda qalan təzyiqin aşağı olması və bir çox quyuların istifadə üçün yararsız vəziyyətdə olması ilə bağlı neft hasilatı mütləq azalacaq.

"Günəşli" yatağının dayazsulu hissəsinin işlənməsinə 1980-ci ildən başlanılıb. O, Abşeron yarımadasından cənub-şərqdə yerləşir və Azərbaycanda neft hasilatının 65%-ə qədərini və ölkənin dənizdəki hasilatının 83%-ni təşkil edir.

Xəbər lenti

Xəbər lenti