...

Yanvar ayından "Günəşli" yatağının dayazsulu hissəsində səmt qazından istifadə edilməsi üzrə layihənin fəal hazırlığına başlayacaq

Energetika Materials 8 Dekabr 2005 14:01 (UTC +04:00)

2006-cı ilin yanvarından Azərbaycan Dövlət Neft Şirkətinin öz vəsaiti hesabına neft-qaz əməliyyatları apardığı "Günəşli" yatağının dayaz sulu hissəsində səmt qazının istifadə edilməsinə hazırlığın fəal mərhələsinə başlanılacaq. Bu barədə Trend ə ARDNŞ-in nümayəndəsi məlumat verib. Layihə Dünya Bankının ayırdığı $481,25 min yapon qrantı hesabına həyata keçiriləcək.

"Bizdə bundan əvvəl də müvafiq proqramlar mövcud olub.Lakin Dünya Bankının qoşulması və qrantın ayrılması tapşırığı beynəlxalq standartlar səviyyəsində həll edəcək. DB-nın ekspertləri bura gələrək bizim mütəxəssislərlə görüşüblər. Hələlik qrant alınmayıb, komissiyanın formalaşması gedir", - deyə o bildirib.

"Günəşli" dayazsulu yatağından səmt qazının istifadə çərçivəsində yeni kompressor stansiyasının və 20 km-lik 2 qaz kəmərinin tikintisi nəzərdə tutulur.

"Günəşli" səmt qazının istifadəsi 2007-ci ildə nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti