...

Viktor Yuşşenko neft sahəsində əməkdaşlıqla bağlı Ukrayna-Azərbaycan razılaşmasının ratifikasiyası ilə bağlı qanun imzalayıb

Energetika Materials 8 Dekabr 2005 14:26 (UTC +04:00)

Ukrayna prezidenti Viktor Yuşşenko "Ukraynanın Nazirlər Kabineti və Azərbaycan Respublikasının hökuməti arasında neft sahəsində əməkdaşlığını prinsipləri barədə razılaşmanını ratifikasiyası barədə" Qanun imzalayıb.

UNİAN agentliyinin məlumatına görə, Ukraynanın Ali Radası bu qanunu 2005-ci il noyabrın 16-da qəbul edib. 2004-cü il iyunun 3-də Kiyevdə imzalanmış razılaşma Ukrayna və Azərbaycan ərazisi ilə, eləcə də üçüncü tərəfdən neftin tühəlükəsiz, səmərəli, maneəsiz nəqlini nəzərdə tutur. Neft nəqliyyvatı vasitələrinin və obyektlərinin kommersiya şərtləri bu vasitələr üzərində mülkiyyət hüququna malik və ya bu vasitələrin idarə olunmasında səlahiyyətlərə malik olan təsərrüfat subyektləri, yük sahibləri ilə müəyyən olunur və neftin nəqlinə dair müvafiq müqavilələrdə əks olunur.

Tərəflər nəql olunan neftin istismar rejiminə müvafiq olaraq kəmiyyət və keyfiyyətinin saxlanılmasını təmin edir. Azərbaycan Ukraynanın neft kəmərlərində hüququnun pozulmaması əsasda istifadə etməsi üçün bu ölkə zəruri olan həcmdə neft əldə etməyə imkan verməyə borcludur. Ukrayna Azərbaycan neftinin Ukrayna ərazisindəki magistral neft boruları sistemi üzrə nəql olunmasına imkan verməyə borcludur. Razılaşma 5 il ərzində qüvvədədir. Əgər tərəflərdən heç biri razılaşmanını dayandırmaq barədə arzularını ifadə etməsələr onun müddəti növbəti beş il ərzində avtomatik olaraq uzadılır.

Xəbər lenti

Xəbər lenti