Azərbaycanın neft sektoruna qoyulmuş $60 mlrd məbləğində investisiyanın $60 milyardı mənimsənilib. Bu barədə Trend ə Maliyyə nazirliyindən məlumat verilib. Maliyyəçilərin fikrincə, son illər neft sektoruna birbaşa maliyyə investisiyaları sürətlə cəlb olunur.
Bu vəsaitlər dünyanın 14 ölkəsindən olan 32 neft şirkəti ilə imzalanmış 20-dən artıq uzunmüddətli müqavilələr üzrə ayrılıb.
Neft sektoruna külli-miqdarda investisiyanın qoyulması ÜDM-də özəl sektorun əhəmiyyətitni artırır. Çünki neft çıxarma şirkətləri məhz özəl sektorda fəaliyyət göstərir. 2005-ci ilin yekunlarına görə, ÜDM-də özəl sektorun xüsusi çəkisinin 77% təşkil edəcəyi gözlənilir.