...

Yanvar-noyabr aylarında birgə müəssisələr və əməliyyat şirkətləri Azərbaycanın quruda yerləşən yataqlarından 900 min tondan artıq neft hasil edib

Energetika Materials 9 Dekabr 2005 13:54 (UTC +04:00)

Trend in məlumatlı mənbələrə istinadən xəbər verdiyi kimi, 2005-ci ilin yanvar-noyabr ayları ərzində əməliyyat şirkətləri və birgə müəəsisələr tərəfindən 904,5 min ton neft hasil edilib ki, bu da 2004-cü ilin analoji dövrü ilə müqayisədə 3,9% çoxdur.

Noyabrda müəssisələr 86,2 min ton neft hasil edib. Bu, oktyabr ayı ilə müqayisədə 1,8 min ton azdır. Noyabrda Salyan Oil ƏŞ 27,3 min ton, Shirvan Oil BM - 18,6 min ton, KAOC ƏŞ - 21,9 min ton, Azgerneft BM- 6,3 min ton, Anshad Petrol BM - 3,8 min ton, GOC ƏŞ - 0,3 min ton, AzShengli - 0,8 min ton, Bineqedioil ƏŞ- 7,3 min ton neft hasil edib.

2005-ci ilin yanvar-noyabr aylarında BM və ƏŞ tərəfindən neft hasilatının ümumi cədvəli belədir:

BM və ƏŞ

Ş

yanvar- noyabr 2005-ci il (ton)

2004-cü ilin yanvar-noyabr aylarına nisbətən % göstəricisi

cü ilin yanvar-noyabr aylarına nisbətən % göstəricisi

Salyan Oil

316075

93,3

Shirvan Oil

213694

91,4

KAOC

242534

142,8

Azgerneft

59231

102,6

Anshad Petrol

41935

107,7

GOC

4107

114,4

AzShengli

5252

152,2

OK Bineqedioil

21629

90,5

Xəbər lenti

Xəbər lenti