...

Azərbaycanda istilik təchizatı mövsümü başlayıb

Energetika Materials 9 Dekabr 2005 14:17 (UTC +04:00)

Azərbaycanda istilik təchizatı dövrü başlayıb və Azəristiliktəchizat SC tərəfindən Bakıda və ölkənin regionlarında 1500 binanın təchizatı üçün əlavə qazanxanalar istismara verilib. Bu barədə Trend ə SC-nin sədri Yaşar Həsənov bildirib.

Onun sözlərinə görə, Bakıda hazırda 1750-dən çox bina istilik alır. "Azəristiliktəchizat yalnız bilavasitə binalaradək istilik verilməsi ilə məşğul olur. İstilik infrastrukturunun (batareyalar) təminatı ilə sakinlər özləri məşğul olmalıdır" -deyə Yaşar Həsənov bildirib.

Azəristiliktəchizat -ın sədri bildirib ki, SC tədarük olunan istiliyə görə vəsait yığımı ilə məşğul olmayacaq. Bu işi mənzil-istismar idarələri (Mİİ) yerinə yetirməlidir.

Xəbər lenti

Xəbər lenti