...

Dekabrın sonunadək Azərenerji SC yeni MES-in inşası çərçivəsində 110 kV yarımstansiyanı istismara verəcək

Energetika Materials 9 Dekabr 2005 15:16 (UTC +04:00)

Dekabrın 20-də Azərenerji SC Astarada modul elektrik stansiyasının (MES) tikintisi layihəsi çərçivəsində 110 kV gücündə yarımstansiyanı istismara vermək niyyətindədir. Bu barədə Trend ə SC-nin mətbuat xidmətində bildirilib.

Hazırda layihə çərçivəsində ayrı-ayrı qovşaqların modul blokları avadanlığına qoşulması üzrə əməliyyatlar aparılır. Bununla paralel olaraq yüksək voltlu yarımstansiyaların tikintisi başa çatdırılır. Bunlar vasitəsilə burada istehsal olunan elektrik enerjisi enerji sisteminə daxil olacaq.

AZENCO-nun baş mühəndisi Roland Kaçkaçişvilinin sözlərinə görə, bütün metal konstruksiyalar, portallar, lövhələr təmir edilib, 25 MVt olmaqla 5 transformator quraşdırılıb.

Elektrik açarlarının qoşulması üzrə əməliyyatlar davam etdirilir. Avadanlığın son partiyasının gətrilməsi gözlənilir. "Bu yarımstansiya Azərbaycanın cənub regionlarının keyfiyyətli enerji təchizatında böyük rol oynayacaq.Buradan Astaraya 45 MVt gücündə 2 xətt çıxır və biri də təxminən 45 MVt gücündə xətt Masallı, Lənkərana çıxır. Bu gün üçün bu, adıçəkilən rayonların tələbatının tam təmin edilməsidir. Eyni zamanda Astara yarımstansiyasından digər EÖX, xüsusilə İran ilə enerji mübadiləsində işləyən EÖX keçəcək" -deyə R. Kaçkaçişvili bildirib.

Xəbər lenti

Xəbər lenti