...

Azərbaycan 2006-cı ildə Bakı-Novorossiysk ilə təxminən 4 mln. ton neft nəql edə bilər

Energetika Materials 10 Dekabr 2005 13:05 (UTC +04:00)

2006-cı ilin ilk yarımilində Azərbaycan Bakı-Novorossiysk ("şimal" marşrutu) boru kəməri ilə 2,4 mln. ton Ural nefti nəql etməyi planlaşdırır. İnformasiya mənbələrindən Trend ə məlum olub ki, ABƏŞ Rusiyanın "Transneft" SŞ-nə 2006-cı ilin ikinci rübündə Bakı-Novorossiysk ilə 1,2 mln. ton neftin nəqlinə dair ilkin sifariş verib.

Mənbənin sözlərinə görə, yanvar-mart ayları ərzində ABƏŞ "şimal" marşrutu ilə 1,2 mln. ton neft nəql etməyi bəyan edib ki, bu da bütövlükdə ilk yarımildə 2,4 mln. ton təşkil edir. "ABƏŞ-in "şimal" marşrutu ilə ayda 400 min ton neft nəql edəcəyi ehtimal olunur. Bu həcmə həm də ARDNŞ-in nefti daxildir" -deyə mənbə qeyd edir. Bəzi məlumatlara görə, Azərbaycan 2006-cı ildə "şimal" boru kəməri ilə 3,9 mln. ton neft nəql edə bilər. İkinci yarımildə Bakı-Novorossiysk ilə birinci yarımildə ayda olan 400 min tona qarşı ayda 250 min ton olmaqla 1,5 mln. ton neft nəql oluna bilər.

Yanvar-noyabr ayları ərzində ARDNŞ Novorossiysk limanından 2004-cü ilin analoji dövründə olan 2,39 mln. Tona qarşı 1,545 mln. ton Ural nefti daşıyıb. 2005-ci ilin noyabrında Novorossiyskdən Ural neftinin daşınması 2004-cü ilin ondan öncəki ayında 78,64 min ton və noyabrında 136,4 min tona qarşı 167,2 min ton təşkil edib.

2004-cü il ərzində ARDNŞ Novorossiyskdən 2559,1 min ton neft satıb ki, bu da 2003-cü illə müqayisədə 77,1 min ton çoxdur. Bakı-Novorossiysk boru kəməri ilə 1 ton neftin nəqli üçün tarif $15,67 təşkil edir.

Xəbər lenti

Xəbər lenti