...

Naitq Əliyev : "Sənaye və Energetika nazirliyi rəhbərliyi və kollegiyasında dəyişikliklər olacaq"

Energetika Materials 12 Dekabr 2005 14:29 (UTC +04:00)

"Sənaye və Energetika nazirliyi rəhbərliyi və kollegiyasında dəyişikliklər olacaq". Trend məlumat verir ki, bu barədə jurnalistlərlə söhbətində sənaye və energetika naziri Natiq Əliyev bildirib.

"Nazirliyə yeni təyin olunduğum üçün hələlik qurumdakı problemlər barədə tam məlumatlı deyiləm. Yaxın bir həftə ərzində qurumdakı vəziyyət təhlil olunacaq. Hazırda nazirliyin yeni əsasnaməsi hazırlanır. Həmin əsasnaməyə uyğun olaraq nazirliyin fəaliyyətində yeni dəyişikliklər ediləcək. Kollegiya da həmin əsasnaməyə uyğun olaraq formalaşacaq. Bilirsiniz ki, sənaye müəssisələrinin əksəriyyətinin fəaliyyəti dayandırılıb. Bu istiqamətdə həmin müəssisələrin fəaliyyətinin bərpasına çalışacağıq", - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti