Boss Shelf rəhbərliyi 2005-ci ilin dekabrından əməkdaşlarının əmək haqqının 20%, 2006-cı ilin yanvarından isə 12% artırılması barədə qərar qəbul edib. Neftçilərin hüquqlarının müdafiəsi komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının Trend ə bildirdiyinə görə, bu qərar işçilərin nümayəndə qrupu ilə Boss Shelf rəhbərliyinin bugünkü görüşünün yekunları üzrə qəbul edilib.
Onun sözlərinə görə, Boss Shelf-də birgə işçi qrupu yaradılıb. Qrupun tərkibinə şirkət rəhbərliyi və işçilərin nümayəndələri daxildiri. Qrup dekabrın sonuna kimi tibbi sığorta və həyatın sığortalanmasının rəsmiləşdirilməsi də daxil olmaqla, əməkdaşların təqdim etdiyi 17 maddədən ibarət şərtlərin yerinə yetirilməsini təmin etməlidir.