...

Dövlət Neft Şirkəti "Günəşli" yatağında əlavə seysmik-kəşfiyyat işləri aparır

Energetika Materials 12 Dekabr 2005 17:32 (UTC +04:00)

ARDNŞ "Günəşli" yatağının dayazsulu hissəsində 13 N-li GDSP-da 430 N-li quyuda qazma işlərini bu sahədə üçölçülü (3D) seysmik-kəşfiyyat işləri ilə bağlı dayandırıb. Bu barədə Trend ə bu strukturda öz vəsaitləri hesabına karbohidratlar hasil edən Dövlət Neft Şirkətindən məlumat verilib.

3D seysmik işlərinin başa çatmasından sonra şirkətin 430 N-li iri quyuda qazma işlərini davam etdirəcəyi ehtimal edilir. Bu quyuda təbəqənin 3100 metr dərinlikdə aşkar ediləcəyi gözlənilsə də, lakin o 3800 metr dərinlikdə aşkar edilib. Geoloqlar quyuda əldə olunan süxurları analiz edərək qazma işlərini 3850 metrədək davam etdirməyi qərara alıblar. Quyudan sutka ərzində 140 ton qarışıq çıxarılır ki, onun 30% su, digəri isə neftdən ibarətdir.

Platformanın köməyi ilə burada cəmi 10 quyu: 8 qaz və 2 neft quyusu qazılıb. Quyuların orta dərinliyi 4300 metrdir. Geoloqların proqnozlarına görə, blokda daha 7-8 məhsuldar təbəqə mövcuddur.

Xəbər lenti

Xəbər lenti