...

İslam İnkişaf bankı missiyasının Azərbaycana səfəri başa çatıb

Energetika Materials 13 Dekabr 2005 13:04 (UTC +04:00)

İslam İnkişaf bankı missiyasının Azərbaycana səfəri başa çatıb. Azərenerji SC-nin mətbuat xidmətindən Trend ə verilən məlumata görə, İİB-in layihələrin qiymətləndirilməsi departamentinin mütəxəssisi Maynul Hasanın sözlərinə görə, səfərdə məqsəd maliyyə axınlarının məqsədyönlü şəkildə paylaşdırılmasının qiymətləndirilməsi və Azərenerji SC ilə birlikdə yerinə yetirilən "Mingəçevir" energetika layihəsinin nəticələri ilə tanışlıqdır.

"Bu, qismən İİB-in də maliyyələşdirdiyi ən iri layihələrdən biri idi. Azərbaycan hökuməti ilə müvafiq saziş 1999-cu ilin oktyabrında imzalanıb. Layihənin reallaşdırılması zamanı Mingəçevir SES bərpa olunub, yeni "Ağcabədi" yarımstansiyası tikilib, Ağcabədi-Bərdə EÖX salınıb və nəticədə həmin regionun elektriklə təchizatı xeyli yaxşılaşıb", - deyə departamentin eksperti Fəxrəddin Xəlifov qeyd edib.

Missiya bütün bu obyektlərə baş çəkərək razı qaldığını bildirib. Maynul Hasanın sözlərinə görə, bu, missiyanın yekun hesabatında öz əksini tapacaq, həmçinin, İİB və Azərenerji arasında gələcək əməkdaşlığın perspektivlərinə də müsbət təsir göstərəcək.

Azərbaycanda İİB-in birinci kredit layihəsinə 1991-ci ildə start verilib. Bank ölkədə 21 layihədə iştirak edir. Ümumi kredit paketi 240 mln dollardır.

Xəbər lenti

Xəbər lenti