...

Türkiyə balıqçıları BTC layihəsinə qarşı məhkəməyə müraciət edib

Energetika Materials 13 Dekabr 2005 13:11 (UTC +04:00)

Türkiyənin balıqçıları Bakı-Tbilisi-Ceyhan (BTC) layihəsinə qarşı etiraz olaraq məhkəməyə müraciət edib. Trend Türkiyə EİV-ə istinadən bildirir ki, hakimiyyət Ceyhan limanının yaxınlığında, İsgəndərun körfəzinin sahilyanın rayonlarının sakinlərinə balıq ovunu qadağan edib.

100 balıqçı BTC şirkətindən 3 milyon Türkiyə lirəsi (2 milyon 220 min ABŞ dolları) kompensasiya tələb edir.

Məhkəməyə şikayət qadağanı tətbiq etmiş "BOTAS" şirkətinin həmin addımın BTC layihəsini gerçəkləşdirənlərin qərarı olduğunu elan edəndən sonra ünvanlanıb.

Balıqçılar öncə BTC-dən iri balıqtutan gəmilərin alınmasını tələb ediblər ki, ölkənin daxili sularında balıq tuta bilsinlər, amma BTC bəyan edib ki, sosial-iqtisadi məqsədlərlə artıq 6 milyon dollar ayrılıb və həmin istiqamətdə hər hansı yeni sərmayələr qoyulmayacaq.

Qeyd edək ki, Ceyhanın liman zolağının uzunluğu 3 km.təşkil edir və yerli hakimiyyət təkcə limanbou yox, həm də dəniz terminalının bir neçə km-də də balıqçılıq üçün qadağa qoyub.

Xəbər lenti

Xəbər lenti