...

Azərenerji SC Azərbaycanın cənub rayonlarının enerji təchizatını bərpa edib

Energetika Materials 13 Dekabr 2005 13:21 (UTC +04:00)

Azərenerji SC baş vermiş qəzadan sonra Azərbaycanın cənub rayonlarının enerji təchizatını bərpa edib. Bu barədə Trend ə Azərenerji SC-nin baş mühəndisi Saleh Məmmədov bildirib.

Onun sözlərinə görə, qəza üçüncü 220 kV-luq Masallı EÖX-də baş verib. Qəza nəticəsində Lənkəran, Astara, Lerik, Massalı, Yardımlı rayonlarının enerji təchizatı dayandırılıb.

"Hazırda EÖX-də bərpaedici işlər aparılır. EÖX-də 30% artıq gərginlik alır. Günün ikinci yarısında (13 dekabr) bütün rayonlar elektrik enerjisi alacaq" -deyə S.Məmmədov bildirib.

Hazırda qəzanın səbəbləri araşdırılır. "Biz hesab edirik ki, burada insan faktoru iştirak edir, belə ki, zədələnmiş kabelə baxış qəzanın səbəbinin ovçuların atdığı atəşin ola biləcəyini göstərib. İndi ölkənin hüquq-mühafizə orqanlarına müraciət etmək üçün sənədlər hazırlanır" -deyə Azərenerji SC-nin baş mühəndisi bildirib.

Bu birinci hal deyil, belə ki, sentyabrın sonunda da bu səbəblə ölkənin cənub rayonları bir sutka işıqsız qalmışdı.

Xəbər lenti

Xəbər lenti